<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Sənin məhəbbətindən fəsli - qış bahar oldu,
 Solmuş güllər, çiçəklər xoş rayihənlə doldu.
 Bu xoş rayihən Sənin bu cahanla bir oldu,
 Ətrin aləmə yaydı,sanki növbahar oldu.

[C1]
   Bu ölüm kölgəsi vadisinə Gün doğdu,
   Zülmətdə oturan xalq möhtəşəm işıq gördü.

[V2]
 Gördü və anlamadı həqdən bixəbər oldu,
 Həqiqət dəyişilib yalanla əvəz oldu.
 İnsanlar paxıllıqla, kinlə dolub-daşdılar,
 O Salehi çarmıxdan işgəncəylə asdılar.

[C2]
   Düşmən sevinci, fəqət, çox da uzun sürmədi,
   Həqiqət zəfər çaldı, yalan tari - mar oldu.

[V3]
 Allahın Oğlu İsa üçüncü gün dirildi,
 Düşmən məğlub edildi, yuvası viran oldu.
 Tanrının qələbəsi çarmıxda tamam oldu,
 Xoş xəbərin sədası bu cahanla bir oldu.

[C3]
   Rəbbim, məhəbbətindən fəsli - qış bahar oldu,
   Bu xoş rayihən Sənin bu cahanla bir oldu</lyrics>
<title>Sənin məhəbbətindən fəsli - qış bahar oldu İL197</title>
<hymn_number>197</hymn_number>
</song>